Caspian NavTel naviqasiya sistemini yeniləyib

Yeniliklər 31 Avqust 2017 23:15 Oxunub 5070
Caspian NavTel naviqasiya sistemini yeniləyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30.2 versiyası Android və İOS proqramlarına uyğun olaraq yükləmək mümkündür

Caspian NavTel şirkəti Azərbaycanın elektron xəritəsini və naviqasiya sistemini yeniləyib.

Bu barədə Avtosfer.az-a şirkətin direktoru Rizvan Cəfərov məlumat verib. O bildirib ki, son vaxtlar respublikanın müxtəlif bölgələrinə, xüsusən də Bakı şəhərində bəzi küçə və prospektlərin adı dəyişdirilib, bəzi yaşayış məntəqələri (Məsələn, Sovetski)  ləğv edilib. Eyni zamanda bəzi küçələrin hərəkət qaydalarında dəyişiklik edilib. Məhz bu səbəblərdən sürücülər arasında çaşqınlıq yaranmasın deyə Caspian NavTel şirkəti belə bir addım atıb. Artıq naviqasiya sistemində bütün yeniliklər əks olunub. Naviqasiya sistemi bir neçə dildə təqdim edilir. 30.2 versiyası Android və İOS proqramlarına uyğun olaraq yükləmək mümkündür.

Qeyd edək ki, şirkət gələcəkdə yeni layihələr həyata keçirməyi planlaşdırır.

 

Orxan 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh