Ötən il sərxoş halda maşın sürənlərin sayı 10 mini keçib

Gündəm 3 May 2014 03:31 Oxunub 1587
Ötən il sərxoş halda maşın sürənlərin sayı 10 mini keçib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1 milyon 400 min protokol tərtib olunub; onlardan 100 mini piyadalardır

Mayın 2-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində başlıca amillərdən olan sürücülərin və hərəkətin digər iştirakçılarının intizamının gücləndirilməsi üzrə profilaktik tədbirlərlə təkcə 2013-cü ildə 1.429.781, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 10.424, sürət həddinin aşılması üzrə 299.368, ötmə qaydalarının pozulması ilə əlaqədar 28.699, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 4.727 inzibati xəta müəyyən olunmuş, 100 mindən çox piyada barəsində protokol tərtib edilib. Avtoxuliqanlıq etdiyinə görə 703 sürücü, şüşələrinə plyonka və örtüklər çəkilmiş 11.578 avtomobil aşkarlanmış, 2.636 şəxsin sürücülük hüququ məhdudlaşdırılıb. Aşkarlanmış qayda pozuntularının sayı əvvəlki illə müqayisədə 408.659 fakt çox olub. Hadisələrin baş verməsinə bilavasitə təsir göstərən avtomobillərin yüksək sürətlə idarə olunmasına qarşı mübarizənin gücləndirilməsi barədə Kollegiya qərarlarına, DİN-in göstəriş və tapşırıqlarına müvafiq olaraq, analoji xətalar, əvvəlki ilə nisbətən 2013-cü ildə 2,2 dəfə çox aşkarlanıb və nəticədə, bu səbəbdən törənən qəzalar 30 faizədək azalıb.

 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh