Avtobus sürücülərinin təhlükəli hərəkəti - Bakıda - VİDEO

Avtosfer TV 1 Sentyabr 2017 02:45 Oxunub 2044
Avtobus sürücülərinin təhlükəli hərəkəti - Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daşıyıcılara xəbərdarlıq edilib, sürücülər isə işdən azad olunub

Bakıda avtobus sürücü içərisində sərnişinlər ola-ola qarşı yola çıxaraq hərəkət edir. Nəticədə digər avtomobillər üçün qəza şəraiti yaradır. Avtosfer.az-ın məlumatına görə, 99 XZ 438 dövlət qeydiyyat nömrəli avtobusun sürücüsü nəqliyyat vasitəsini təhlükəli şəkildə idarə edib. Görüntünü isə hərəkətdə olan bir avtomobildəki təhlükəsizlik kamerası qeydə alıb. Kadrlardan da aydın olur ki, avtobusun sürücüsü qayda pozur.

Üzərindəki eyniləşdirmə nömrəsinə əsasən aparılan araşdırmaya görə, nəqliyyat vasitəsinin 60 nömrəli marşrut xəttinə aid olduğu müəyyənləşdirilib.

Digər bir qayda pozuntusuna isə 40 nömrəli sərnişin avtobusunun sürücüsü yol verib. 10-TG-832 nömrəli avtobusun sürücüsü metronun "Neftçilər'' stansiyası yaxınlığındakı piyada keçidində yol hərəkəti qaydalarını pozub. Belə ki, sürücü nəqliyyat vasitəsini piyada keçidinin olduğunu bildirən nişanın qoyulduğu beton arakəsmələrin üzərindən keçərək idarə edir. Düzünə hərəkət edən digər maşınlara isə problem yaradır.

Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, həm 60, həm də 40 nömrəli marşrut xəttinin daşıyıcısı və sürücülər agentliyə çağırılıb. Daşıyıcılara xəbərdarlıq edilib, sürücülər isə işdən azad olunub. Agentlik həmçinin bəyan edir ki, ictimai nəqliyyatda yol hərəkəti qaydalarına, qanunverciliyin tələblərinə əməl etməyən, sərnişinlərin həyatını təhlükəyə ataraq müəyyən olunmuş qaydaları pozan daşıyıcılar, eləcə də sürücülər barədə bundan sonra da ən sərt şəkildə tərbirlər görüləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh