Yer kürəsi yaxınlığından nəhəng asteriod keçdi

Maraqlı 2 Sentyabr 2017 12:00 Oxunub 1225
Yer kürəsi yaxınlığından nəhəng asteriod keçdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Florens asteriodinin növbəti dəfə planetimizə 40 ildən sonra yaxınlaşacağı gözlənilir

Amerika Milli Kosmik Agentliyinin (NASA) yerətrafı potensial təhlükəli obyektləri sistematik müşahidələrə başladığı dövrdən bu yana ilk dəfə müşahidə etdiyi ən böyük asteroid Yer kürəsinə yaxınlaşıb. Florens asteroidi bu gün, sentyabrın 1-də planetimizin minimal yaxınlığından - 7 milyon kilometr aralıdan keçib. Avtosfer.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasını elmi işçisi Vaqif Xəlilov APA-nın yerli bürosuna bildirib ki, indiyə qədər Yerə bundan da çox yaxınlaşan asteroidlər olub. Amma onların hamısının ölçüsü kiçik idi. Florens isə NASA-nın müşahidə etdiyi ən böyük obyektdir. Onun diametri 5 kilometrə çatır. Hesablamalara görə, Florens sonuncu dəfə 1890-cı ildə Yerə yaxınlaşıb. Onun özünü isə 1981-ci ildə kəşf ediblər. Asteroid Yerə birbaşa təhlükə yaratmır. Amma bu yaxınlaşma təbii kataklizmlərə səbəb ola bilər. Qeyd edək ki, Florens asteriodinin növbəti dəfə planetimizə 40 ildən sonra yaxınlaşacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh