"Niva"-nın sərxoş sürücüsü qəza törətdi: xəsarət alanlar var - FOTO

Avtoxəbər 3 Sentyabr 2017 00:31 Oxunub 9096
"Niva"-nın sərxoş sürücüsü qəza törətdi: xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Niva" markalı avtomobillə "Mercedes-Benz" toqquşub

Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə 20-DH-098 dövlət seriya nişanlı, "Niva" markalı avtomobillə 90-NR-668 dövlət seriya nişanlı, "Mercedes-Benz" markalı avtomobil toqquşub. Hadisə zamanı "Niva" markalı avtomobilinin sürücüsü və sərnişini, habelə "Mercedes"dəki sərnişinlərdən biri xəsarət alıb. Yaralılardan birinin – 1961-ci il təvəllüdlü Əliyeva Fəridə Həsən qızının vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəyə səbəb kimi "Niva" markalı avtomobilin sürücüsünün sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh