İlham Əliyev Cəlilabad-Astanlı-Cəngan-Soltankənd yolunun açılışında iştirak edib - FOTO

Avtoxəbər 2 Sentyabr 2017 20:17 Oxunub 1241
İlham Əliyev Cəlilabad-Astanlı-Cəngan-Soltankənd yolunun açılışında iştirak edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil yolu əsaslı şəkildə yenidən qurulub

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər çərçivəsində yeni magistral yollar salınır və mövcud yollar müasir səviyyədə yenidən qurulur. Respublika əhəmiyyətli yollarla bərabər, kənd və qəsəbələrarası yolların təmirinə və yenidən qurulmasına göstərilən diqqət ölkədə, ilk növbədə, sosial layihələrin ardıcıl xarakter aldığını aydın nümayiş etdirir. Belə layihələrdən biri də Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Avtosfer.az xəbər verir ki, sentyabrın 2-də Cəlilabad rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında iştirak edib. Bu avtomobil yolu 2017-ci ildə ölkədə icra ediləcək “40 yol layihəsi” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müasir səviyyədə yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla yenidən qurulub.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən bu yolun ümumi uzunluğu 21,2 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun yolun eni 6 metrdir. İki hərəkət zolaqlı avtomobil yolunun yenidən qurulması zamanı müxtəlif diametrli suötürücü borular quraşdırılıb, müxtəlif yol nişanları və göstərici lövhələr qoyulub. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin sosial məsələlərinin həllinə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə, həmçinin yük və sərnişin daşımasının xeyli yaxşılaşmasına töhfə verəcək.

Prezident İlham Əliyev Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh