Niderlandda üzən adalar yaradılacaq - FOTO

Avtosfer Foto 3 Sentyabr 2017 12:07 Oxunub 1657
Niderlandda üzən adalar yaradılacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Modul üsulu ilə yaradılmış adaların diametri hətta 5 kilometrədək çata bilər

Niderlandda şəhərlərdə yaranmış yüksək əhali sıxlığının aradan qaldırılması məqsədilə üzən adalar meydana gələcək. Avtosfer.az azərtac-a istinadla bildirir ki, bunun üçün mühəndislər üzən adalardan istifadə etməyi təklif ediblər. “MARIN” adlanan bu adalar bir-birinə modul üsulu ilə birləşdirilimiş üçbucaqlardan ibarətdir. Ölkə mühəndisləri bəyan edirlər ki, modul üsulu ilə yaradılmış adaların diametri hətta 5 kilometrədək çata bilər. Süni adalarda ofşor evlər, müxtəlif ictimai təşkilatlar üçün binalar, enerji və dəniz yosunu istehsal edən zavodlar və sair inşa etmək mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh