Prezidentin avtomobili qəzaya düşdü

Avtoreyd 3 Sentyabr 2017 22:20 Oxunub 2775
Prezidentin avtomobili qəzaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu şəxsləri hazırda bir ildən səkkiz ilə qədər həbs cəzası gözləyir

Şənbə günü Belqradda “Bentley” markalı avtomobil Serbiya Prezidenti Aleksandr Vuçiçin avtomobili ilə toqquşub. Avtosfer.az xəbər verir ki, bu barədə informasiyanı “Politika” qəzeti yayıb. Qəzet hücumun səhər yerli vaxtla 08:20-də gerçəkləşdiyini bildirib. İnsidenti törədən avtomobil İspaniya dövlət nömrə nişanı daşıyıb. Toqquşma zamanı məhz Vuçiçin olduğu avtomobil zərər alıb. Bundan sonra “Bentley” hadisə yerindən qaçsa da prezidentin mühafizələri onu ələ keçirə biliblər.

 

Maraqlı məqam ondan ibarətdir ki, insident zamanı istifadə olunan “Bentley” məhşur serb futbolçularından birinə məxsus olub. Avtomobilin özünü isə Belqraddakı diskotekalardan birinin mühafizəçiləri idarə ediblər. Bu şəxsləri hazırda bir ildən səkkiz ilə qədər həbs cəzası gözləyir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh