Bakıda avtobusda dəhşətli anlar yaşandı - Yaşlı sərnişin sürücünü boğdu - VİDEO

Avtosfer TV 3 Sentyabr 2017 22:51 Oxunub 1522
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin qapını məcburi şəkildə açdıraraq dayanacaq olmayan yerdə enib

Paytaxtda sərnişin avtobusunda insident baş verib. Avtosfer.az xəbər verir ki, dünən 96 saylı xətt üzrə hərəkət edən sərnişin atvobusunda sərnişinlərdən biri sürücüyə hücum edib. Buna səbəb isə sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub. Belə ki, sürücü sərnişinlərə məlumat verib ki, avtobus Heydər Əliyev adına Sarayın arxasından dönərək “5 mərtəbə” adlanan ərazidə son dayanacağa gedəcək. İrəli dayanacaq olmadığı üçün də avtobusu saxlamaq mümkün olmayacaq. Lakin, sərnişinlərdən biri avtobusu dayanacaqdan kənarda saxlatmaq istəsə də, sürücü razı olmur. Bu zaman isə həmin sərnişin sürücüyə hücum edərək onu boğmağa başlayıb və qapını məcburi şəkildə açdıraraq dayanacaq olmayan yerdə enir.

Bakı Nəqliyyat Agentliyi (BNA) bir daha bildirir ki, müntəzəm marşrut avtobusları ümumi istifadə üçündür və müəyyən olunmuş xətt üzrə hərəkət edərək müəyyən olunmuş məntəqələrdə dayanır. Sərnişin avtobuslarının dayanacaqdan kənar saxlatmaq qadağandır. Bu hala yol verən sürücü də sərnişin də bu cür hərəkətlərdən çəkinməlidir: "Bir məqamı da qeyd edirik ki, BNA-nın tələbinə əsasən avtobuslarda müşahidə kameralarının olması bu kimi xoşagəlməz halların obyektiv araşdırılması və günahkarların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir".

İstismarçı "Xaliq Faiqoğlu" şirkətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət olunacaq.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh