Azərbaycan yollarında bir ilk: Xüsusi istirahət sahələri yaradılır - VİDEO

Yeniliklər 3 Sentyabr 2017 23:08 Oxunub 1066
Azərbaycan yollarında bir ilk: Xüsusi istirahət sahələri yaradılır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Orada parkinq, yanacaqdoldurma məntəqəsi, kafe və istirahət üçün yerlər olacaq

Magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır. Bu layihə ilk dəfə olaraq yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir. Bu addımın atılmasında məqsəd yolun yeni tras üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən keçməməsidir. Artıq bununla bağlı olaraq yeni yolun Cəlilabad və Masalllı rayonlarından keçən hissələri boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb.

Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub.

İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, market və sair iaşə obyektləri yerləşəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh