Maşını sığorta etdirən sürücü radara düşdü - Sığorta fırıldağı - VİDEO

Xəbərlər 3 Sentyabr 2017 23:10 Oxunub 1977
Maşını sığorta etdirən sürücü radara düşdü - Sığorta fırıldağı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda sığorta şirkətlərindən biri sürücüyə ziyan vurub

Avtomobilini icbari sığorta etdirən şəxs 3 aydan sonra radara düşüb. Daha doğrusu, sürücünün ünvanına sığortasının olmaması ilə bağlı elektron protokol gəlib. Hadisə Sabirabad rayon Həşimxanlı kənd sakini Raiq Həsənovun başına gəlib. Sürücü iddia edir ki, bu ilin may ayında paytaxtın Səbail rayonunda sığorta şirkətlərindən birində avtomobilini icbari sığorta etdirib. Həmin şirkət tərəfindən sürücü Raiq Həsənova müqavilə sənədi də təqdim edilib.

Sürücü Raiq Həsənov həmin sığorta şirkətinin əməkdaşına bildirib ki, avtomobilinin sığortasının olmaması ilə bağlı elektron protakol Ələt-Hacıqabul yolunun 94-cü kilometirliyində tərtib edilib. Bu danışıqlardan təxminən 15-20 dəqiqə sonra sürücünün telefonuna ''sms'' gəlib ki, artıq sizin sığortanız aktivdir.

Raiq Həsənovun avtomobilini sığorta etdirdiyi şirkətin ofisinə dəfələrlə zəng vursaq da telefona cavab verən olmadı. Bəs belə olduqda sürücüyə dəyən ziyanı kim ödəməlidir? Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, sürücü Raiq Həsənova maddi ilə yanaşı, həm də mənəvi ziyan dəyib. Sürücü həmin sığorta şirkətini məhkəməyə verməklə ona dəymiş ziyanı ödətdirə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh