Qız qaçıran şəxslərin maşını su kanalına düşdü - Azərbaycanda

Avtoxəbər 4 Sentyabr 2017 00:15 Oxunub 2677
Qız qaçıran şəxslərin maşını su kanalına düşdü - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə qaçırılan qız və 4 nəfər ağır xəsarət alıb

Samuxda avtomobil su kanalına düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında Samux-Əhmədbəyli yolunda baş verib. Qız qaçıran şəxslər "VAZ-2107" markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan qaçırılan qız, 20 yaşlı Göygöl rayon sakini, Günay İsfəndiyarovanın (Ad şərtidir) vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh