Bakıda maşınla vurulan qadın həkimlərə hamamda yıxıldığını bildirib

Qaydalar 4 Sentyabr 2017 09:20 Oxunub 1289
Bakıda maşınla vurulan qadın həkimlərə hamamda yıxıldığını bildirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərərçəkmiş sınıq xəsarətləri ilə xəstəxanaya daxil olub

Bakının Sabunçu rayonunda piyadanı maşın vurub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 37 yaşlı Cabbarova Zülfiyyə Aqşin qızı sınıq xəsarətləri ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O həkimlərə hamam otağında yıxılaraq xəsarət aldığını bildirib. Tibb işçiləri faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat veriblər. Polis əməkdaşları müəyyən ediblər ki, Z.Cabbarovanı Maştağa qəsəbəsində minik avtomobili vurub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən sürücünün axtarışına başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh