Biznesmen oğlunun son qurbanı öldü – VİDEO + FOTO

Avtoxəbər 2 Dekabr 2014 16:49 Oxunub 1608
Biznesmen oğlunun son qurbanı öldü – VİDEO + FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mirzəyev “BMW M5”-i 200 km/s sürətlə idarə edib

Dekabrın 2-də Kutuzov prospektində azərbaycanlı biznesmenin oğlu Vaqif Mirzəyevin törətdiyi  dəhşətli yol-nəqliyyat hadisəsinin qurbanı - 21 yaşlı Darya Dadyura vəfat edib. Avtosfer.az xəbər verir ki, moskvalı həkimlər qızın həyatını qurtarmaq üçün əllərindən gələni ediblər, amma bədənində olan yanıq və sınıqlar həddən artıq ağır olub. Qeyd edək ki, noyabrın 8-də Mirzəyev “BMW M5”-i yüksək sürətlə idarə edərək qarşı zolağa çıxıb və qarşıdan gələn “Hyundai Accent”lə toqquşub. V.Mirzəyevin dostları Rusiya mətbuatına bildiriblər ki, o, iti sürət həvəskarı olub. V.Mirzəyevin maşınında olan 21 yaşlı Darya Dadyura adlı gənc qız isə onurğa sütununun sınığı və yanıq diaqnozu ilə xəstəxanaya aparılmışdı. O, “BMW M5”-in arxa oturacağında oturubmuş. Dostları onu da deyib ki, Vaqifin heç vaxt pul problemi olmayıb: “Vaqif varlı ailədən idi. Atası zəngin biznesmendir. Vaqifin əvvəllər “Mercedes ML350” markalı maşını vardı. “BMW M5” markalı maşını isə iki ay əvvəl almışdı”.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh