Qız qaçıranların düşdüyü ağır qəzadan - VİDEO

Avtosfer TV 5 Sentyabr 2017 00:30 Oxunub 1757
Qız qaçıranların düşdüyü ağır qəzadan - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil idarəetmədən çıxıb və maşın Gəncə çayına düşüb.

Samuxda avtomobillə qız qaçıran şəxslər qəzaya düşüb. Hadisə axşam saatlarında Samux-Əhmədbəyli yolunda baş verib. Qız qaçıran şəxslər Əhmədbəyli kəndi ərazisində avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın Gəncə çayına düşüb. Qəza nəticəsində sürücü, Samux rayon Sərkar kənd sakini, 32 yaşlı Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova, eləcə də avtomobildə olan daha iki şəxs ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qaçırılan Türkan İsgəndərovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh