Çürümüş ağac maşınların üzərinə aşdı - VİDEO

Xəbərlər 5 Sentyabr 2017 00:57 Oxunub 1460
Çürümüş ağac maşınların üzərinə aşdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həyətdə eyni vəziyyətdə olan daha bir neçə ağac var

Çürümüş ağac qırılaraq maşınların üzərinə aşıb. Xoşagəlməz hadisə paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 nömrəli binanın qarşısında baş verib. Ağac binanın qarşısında dayanmış avtomobillərin üzərinə düşdüyündən sakinlərə ziyan dəyib. Həyətdə eyni vəziyyətdə olan daha bir neçə ağac var. Sakinləri narahat edən məsələ isə maddi zərərdən daha çox onların təhlükəsizliyidir.

Sakinlər iddia edirlər ki, bununla bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin baş məsləhətçisi Əhməd Hətəmov deyir ki, ağacların kəsilməsi ilə bağlı artıq fiziki şəxs olaraq sakinlərin müraciətinə baxılmır. Bunun üçün aidiyyəti üzrə mənzil istismar sahələri nazirliyə müraciət etməlidirlər. O ki qaldı, bugünkü hadisəyə, nazirlik rəsmisi deyir ki, aşan ağac qovaq cinsindən olduğu üçün hələ 2009-cu ildən təhlükə saçan bu tipli ağacların xüsusi icazə olmadan kəsilməsinə və ya budanmasına icazə verilib..

Yaşıllaşdırma Təsərrüfat Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov isə bildirdi ki, həmin ünvanda yerləşən qovaq ağacları ilə bağlı olaraq onlara heç bir müraciət daxil olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh