Yer altından çıxarıldı: çəkisi 1,8 tondur - FOTO

Maraqlı 5 Sentyabr 2017 08:43 Oxunub 1399
Yer altından çıxarıldı: çəkisi 1,8 tondur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bomba torpağın altından böyük çətinliklə çıxarılıb

Almaniyanın Frankfurt şəhərində II Dünya Meharibəsindən qalma bombanın zərərsizləşdirilməsi üçün 65 min insan yaşadığı evlərindən təxliyə olunub. "Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, sözügedən ərazidə yerləşən xəstəxanalar, məktəblər, qocalar evi və Almaniyanın Mərkəzi Bankı da boşaldılıb. Bomba torpağın altından böyük çətinliklə çıxarılıb. Onun çəkisinin 1,8 ton olduğu bildirilib və zərərsizləşdirilməsi üçün təhlükəsiz əraziyə aparılıb. Evlərindən uzaqlaşdırılan insanlar bundan sonra geri qaytarılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh