Bakıda bu qəzanın səbəbi həm gülməli, həm də ağlamalıdır - FOTOLAR

Qaydalar 5 Sentyabr 2017 11:24 Oxunub 18352
Bakıda bu qəzanın səbəbi həm gülməli, həm də ağlamalıdır - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aeroport yolunda 3 maşın toqquşdu, yaralanan var

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. “Mercedes” markalı avtomobilin yanacağı bitib. Sürücü maşını yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb. Bu vaxt arxadan gələn “KİA” markalı avtomobil yolda hərəkətsiz dayanan “Mercedes”ə çırpılıb, ardınca isə “London taksi”sinin sürücüsü idarəetməni itirərək maşını “KİA”-ya çırpıb. Hadisə nəticəsində “KİA”da olan bir nəfər ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hazırda hava limanı avtomagistralında sürət həddi 60 km/saata endirilib. Yolun 1-ci, 2-ci və 3-cü zolağında nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Aeroport şosesində baş vermiş yol qəzası nəticəsində xəsarət alanın şəxsiyyəti müəyyənləşib. 3 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, bu, 1991-ci il təvəllüdlü Tərlan Kazımovdur. O, “Kia” markalı avtomobilin sürücüsüdür. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh