Rəşad Sadıqov məşqçisinə maşın alıb

Avtodünya 5 Sentyabr 2017 19:39 Oxunub 3843
Rəşad Sadıqov məşqçisinə maşın alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"O, mənə təşəkkür etdi, mən də ona"

“Qarabağ”ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun məşqçisi Vaqif Paşayev maraqlı açıqlamalar verib. Sportarena.az xəbər verir ki, korner.az saytına danışan mütəxəssis Sadıqovu yetişdirməsindən, onun əməyinə qiymət verilməməsindən və təcrübəli futbolçunun ona maşın almasından söz açıb: “Hər bir işə, zəhmətə qiymət verilməlidir. Məşqçilər qiymətləndirilməlidir. Bu sadə bir şeydir əslində, azca diqqət tələb edir, ancaq məşqçiləri daha da motivasiyalı edir. Niyə Rəşad Sadıqov mənə maşın almalıdır? Buna borcludurmu? Əlbəttə yox. O sadəcə təşəkkür edib. Bu təşəkkürü AFFA niyə etmədi? Mən 12 il bu futbolçunu yetişdirmişəm, bir dəfə olsun bir nəfər gəlib deməyib ki, çox sağ olun, bu cür tapıntıya görə. Bir nəfər də gəlib soruşmayıb ki, Vaqif müəllim, necə edək ki, yenə belə oyunçu yetişdirək. Mənə qarşı da belə hərəkətləri görəndə həvəsdən düşürəm. Buna görə də, heç Bakıda da deyil, artıq yeddinci ildir ki, Sumqayıtda işləyirəm. Çünki buranın strategiyası mənim çox xoşuma gəlir. Dünyada hər bir işin, hər bir zəhmətin qiymətləndirilməsi olmalıdır. Rəşad mənə maşın almasaydı da, heç nə olmayacaqdı. O, mənə təşəkkür etdi, mən də ona. Mən onu yüksəltdim, o da mənim adımı yüksəltdi və Əməkdar məşqçi oldum. Rəşadın özünə də demişəm ki, mən bu adı onun sayəsində almışam. Bu işləri o etməməlidir, federasiya, klub etməlidir. Mən Rəşadla işləyəndə evə pul gətirmirdim, maaşsız işləyirdim. İndi isə bunun bəhrəsini görürəm. Ancaq mənə qiymət vermədilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh