Nəqliyyat vasitələri üzrə hərrac rəqabətli oldu

Avtobazar 5 Sentyabr 2017 17:13 Oxunub 2008
Nəqliyyat vasitələri üzrə hərrac rəqabətli oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Volkswagen Passat" 8 min manata özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün hərrac keçirilib. Avtosfer.az xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 1-i istifadəsiz qeyri yaşayış sahəsi, 6-ı isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Bu dəfə də nəqliyyat vasitələri üzrə hərrac rəqabətli olub. Belə ki, ilkin start qiyməti 6 min manata olan Volkswagen Passat markalı nəqliyyat vasitəsi 8 min manata özəlləşdirilib. Həmçinin ilkin start qiyməti 1705 manat olan Chevrolet Niva markalı avtomobilə ən son 3 min 500 manat təklif edilib. Qeyd edilməlidir ki, hər iki avtomobilin buraxılış tarixi 2007-ci ildir.  Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Xəzər rayonunda yerləşən 128 saylı mağaza olub. Həmin əmlakın torpaq ümumi faydalı sahəsi isə 100  kv.m-ə yaxındır.  Hərracda özəlləşdirilən 3 kiçik dövlət müəssisəsindən 2-si paytaxtın Xəzər rayonunda digəri isə Səbaildə yerləşir. Özəlləşdirilən əmlaklar sahibləri üçün yaxşı gəlir gətirə bilər. Bakının Xəzər rayonunda yerləşən 102 saylı mağazanın faəliyyətini yenidən bərpa etməklə mənfəətliliyi təmin etmək mümkündür. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 86 kv.m təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh