İcra başçısı parkla dayanacağı səhv saldı - FOTO

Avtoxəbər 5 Sentyabr 2017 17:39 Oxunub 7522
İcra başçısı parkla dayanacağı səhv saldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
22 AA 001 seriyalı avtomobil burda tez-tez dayanır

Parklar insanların asüdə vaxtlarını keçirməsi, istirahət etməsi üçün nəzərdə tutulan məkanlardır. Bu obyektlərin tikintisi üçün böyük pullar ona görə xərclənir ki, insanlar istirahət edə, boş vaxtlarını keçirə bilsinlər. Amma bəzən parkın təyinatını səhv salanlar da olur...

Avtosfer.az qaynarinfo.az-a istinadən xəbər verir ki, belələrindən biri də Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadədir. Aşağıda təqdim etdiyimiz fotolarda əks olunan maşın icra başçısının xidməti avtomobilidir. 23 AA 001 seriyalı avtomobil burda tez-tez dayanır. Sözügedən park Göyçayın mərkəzində yerləşən Heydər Əliyev Parkıdır. Bir tərəfində Heydər Əliyev mərkəzi, bir tərəfində isə Göyçay Gənclər Mərkəzi yerləşir. Dayanacaqla parkı səhv salan səhv salan icra başçısı isə xidməti avtomobilini bu iki mərkəzin ortasında - parkın mərkəzində saxlamaqla parkda gəzənlərin hərəkətinə mane olur. Və bu hadisə demək olar ki, hər gün təkrarlanır.

Sözügedən park Göyçayın mərkəzində yerləşən Heydər Əliyev Parkıdır. Bir tərəfində Heydər Əliyev mərkəzi, bir tərəfində isə Göyçay Gənclər Mərkəzi yerləşir. Dayanacaqla parkı səhv salan səhv salan icra başçısı isə xidməti avtomobilini bu iki mərkəzin ortasında - parkın mərkəzində saxlamaqla parkda gəzənlərin hərəkətinə mane olur. Və bu hadisə demək olar ki, hər gün təkrarlanır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh