Turizm polisi yaradılır

Yeniliklər 6 Sentyabr 2017 11:33 Oxunub 1478
Turizm polisi yaradılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Turist polislərinin mayın 1-dən sentyabrın 15-dək fəaliyyəti nəzərdə tutulur

Ukraynanın turistlər tərəfindən daha çox səfər edilən şəhərlərində turizm polisi yaradılması təklif olunur. Bu şəhərlər  Odessa, Lvov və Kiyevdir. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, bu barədə Odessa vilayətinin Milli Polis Baş İdarəsinin rəisi Dmitriy Qolovin məlumat açıqlayıb. Layihəyə əsasən, turist polislərinin mayın 1-dən sentyabrın 15-dək fəaliyyəti nəzərdə tutulur. “Turist polisləri maksimum texniki vasitələrlə təchiz etmək planlaşdırılır. Bu polislər kurort sahələrindəki cinayətlərin aradan qaldırılması, bu şəhərlərin turistlər üçün cəlbediciliyini artırmaq, turizm sənayesinə investisiyaların artırılması və digər bu kimi məsələlərə kömək edəcək", - deyə Qolovin bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh