"Boeing" 2036-cı ilə qədər Çinə 7 mindən çox sərnişin təyyarəsi satacaq

Texnologiya 6 Sentyabr 2017 14:16 Oxunub 1258
"Boeing" 2036-cı ilə qədər Çinə 7 mindən çox sərnişin təyyarəsi satacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şərqi Asiya ölkəsi ümumi dəyəri 1,1 trln. dollar təşkil edəcək 7 240 yeni təyyarəyə ehtiyac duyacaq

ABŞ-ın təyyəra istehsalçısı - "Boeing" şirkəti Çinin sərnişin təyyarələrinə tələbatı ilə bağlı proqnozunu 6,3% yüksəldib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, korporasiya bunu Çin iqtisadiyyatının güclənməsi və bu ölkədə orta sinifin artması ilə izah edib. "Boeing"in hesablamalarına görə, Şərqi Asiya ölkəsi 2036-cı ilə qədər ümumi dəyəri 1,1 trln. dollar təşkil edəcək 7 240 yeni təyyarəyə ehtiyac duyacaq. İndiyə qədər bu rəqəmin 6 180 olacağı proqnozlaşdırılırdı. "Çində davam edən iqtisadi artım, infrastruktura yatırılan böyük investisiyalar, artan orta sinif, habelə inkişaf etməkdə olan aviasiya biznesi bu proqnoza təkan verir",- deyə "Boeing"in məlumatında deyilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh