Cəlilabad yol polisindən Ramil Usubova şikayət - Fərqi bilmirlər
Oxucu məktubları 6 Sentyabr 2017 14:53 2078 dəfə oxunub
Cəlilabad yol polisindən Ramil Usubova şikayət - Fərqi bilmirlər
"Mən heç bir qayda pozuntusuna yol verməmişəm"

Cəlilabad rayonun Sabirabad kənd sakini Həsənov Ramin Əbülfət oğlu rayonun Yol Polis Bölməsinin əməkdaşlarının məsuliyyətsizliyi ilə üzləşib. Avtosfer.az xəbər verir ki, müstəqil.az-a ünvanladığı məktubda kənd sakini bu ilin aprel ayının 8-də idarə etdiyi avtomobillə Cəlilabad şəhər Heydər Əliyev prospektində heç bir səbəb olmadan Dövlət Yol Polisinin serjantı Ramiz İsmayılov tərəfindən saxlanıldığı bildirib. Həsənov bundan sonra ona guya ötmə qaydalarını pozduğuna görə İXP 921284 saylı protokol tərtib edildiyini bildirib. Vətəndaş polis serjantına etirazını bildirsə də, bunun heç bir faydası olmayıb. Nəticədə bundan sonra aprelin 22-də onun yaşadığı ünvana Cəlilabad Rayon Polis Şöbəsinin DYP-nin rəisi, poli mayoru Nazim İsmayılovun imzası ilə 60 AZN cərimə olunmağı ilə bağlı rəsmi məktub göndərilib.

Həsənov məktubunda artıq məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova bir neçə dəfə şikayət etdiyini bildirib. Belə ki, nazirə ünvanlanan məktubda Həsənov ona yazılan cərimənin qanunsuz olduğunu iddia edib. Kənd sakininin iddiasına görə, Cəlilabad Yol Polis Xidmətinin əməkdaşlarının əksəriyyəti “ötmə” və “qabaqlama” əməliyyatı arasındakı fərqi bilmirlər:

"Ötmə” əməliyyatı nəqliyyat vasitəsinin qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağını keçməklə əməliyyat apardıqda “ötmə” əməliyyatı adlanır. Haqqında söhbət getdiyi H.Əliyev prospektində iə 2 gediş və 2 gəliş hərəkət zolağı olduğunda artıq ötmə əməliyyatı yox, “qabaqlama”əməliyyatı törətdiyimi heç nə ilə sübut edə bilmirlər və edə də bilməzlər. Çünki mən heç bir qayda pozuntusuna yol verməmişəm".

Həsənov məktubunun sonunda nazirdən baş vermiş bu qanunsuzluqla bağlı ciddi araşdırma aparılmasına göstəriş verməsini və vəzifə borclarına səhlənkarlıqla yanaşmalarına və qərəzli hərəkət etdiklərinə görə Cəlilabad RPŞ-nin DYPB-nin sabiq rəisi, polis mayoru Nazim İsmayılov, eləcə də həmin şöbənin YPX-nin əməkdaşı polis serjantı Ramiz İsmayılovun barəsində qanuna uyğun tədbir görməyini xahiş edib.

Maraqlı məqam odur ki, kənd sakini Ramil Usubova məktub ünvanlamazdan öncə onun şikayətlərinin heç birinə məhəl qoyulmayıb. Hətta Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini polis polkovniki Elşən Kazımovun Cəlilabad RPŞ rəisi Mübariz Quliyevə göndərdiyi məktub belə yerli polis qurumunun rəhbərliyi tərəfindən icra edilmir. Sonuncu ümid yeri kimi nazirə müraciət edən kənd sakininin məsələsi hələ də həll edilməz qalır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh