Bir gündə eyni yerdə iki qəza - Bu dəfə təcili yardım maşını... - FOTOLAR

Qaydalar 6 Sentyabr 2017 17:03 Oxunub 1978
Bir gündə eyni yerdə iki qəza - Bu dəfə təcili yardım maşını... - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı təcili tibbi yardım maşınında xəstə olub

Zabrat yolunda bir neçə saatın içində ikinci qəza hadisəsi baş verib. Şəhər şossesi döngə 6 ünvanda yerləşən işıqforda baş vermiş qəza bu dəfə 90 YD 659 nömrə-nişanlı təcili tibbi yardım maşını və "Ford" markalı avtomobil toqquşub. Hadisə şahidlərinin AFN-ə verdiyi məlumata görə, qəza zamanı təcili tibbi yardım maşınında xəstə olub. Həmin xəstə hadisə baş verdikdən sonra çağırılan digər təcili tibbi yardım maşını ilə aparılıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Xatırladaq ki, bir neçə saat əvvəl həmin yerdə "Mətanət A" şirkətinə məxsus yük maşını ilə "Mercedes C klass" markalı gəlin maşını toqquşmuşdu.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh