Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü - FOTO-VİDEO
Gündəm 6 Sentyabr 2017 17:10 7127 dəfə oxunub
Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü - FOTO-VİDEO
"Hyundai" ağaca çırpılıb, avtomobildə olan iki nəfər ölüb

Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı vəzifəli şəxs ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Hyundai" markalı 51-BE-382 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki nəfər ölüb. Ölənlərdən birinin Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü İlqar Zeynal oğlu Zeynalov olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh