Danışan dronlar yaradılacaq - YENİLİK

Yeniliklər 7 Sentyabr 2017 00:01 Oxunub 1093
Danışan dronlar yaradılacaq - YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Amazon” dronları yaxınlıqdakı insanla səsli dialoq qura biləcək

“Amazon” şirkəti danışan uçan aparatların yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, patentə görə, “Amazon” dronları informasiya tələb etmək və ya sualları cavablandırmaq üçün yaxınlıqdakı insanla səsli dialoq qura biləcək. Bu, təkcə təhlükəsizlik məqsədilə deyil, müştərilərin rahatlığı üçün faydalı olacaq. Məsələn, danışan uçan aparatdan çatdırılmanı başqa vaxta keçirməyi xahiş etmək mümkün olacaq. Bundan başqa, patentdə qeyd olunur ki, dron insandan ona sifariş verməzdən əvvəl identifikasiyadan keçməyi tələb edəcək.

Məlumata görə, “Amazon” hazırda dronlarla çatdırılmanın səhvsiz yerinə yetiriləcəyinə zəmanət verə bilmir. Belə ki, patentdə aparatın enerjisinin tükənə, nə iləsə toqquşa və ya çaşqınlıq vəziyyətinə düşə bilməsi göstərilir. Danışmaq imkanı sayəsində dron yaxınlıqdakı insandan lazımi əməliyyatların yerinə yetirilməsini (dronun olduğu yer barədə məlumat vermək, onun yerini dəyişmək, açmaq, idarəetmə mərkəzinə və ya enerjidoldurma yerinə göndərmək) xahiş edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh