Bu robotlar pəncərəni təhlükəsiz şəkildə silir - VİDEO

Maraqlı 7 Sentyabr 2017 00:05 Oxunub 1172
Bu robotlar pəncərəni təhlükəsiz şəkildə silir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hündürmərtəbəli binaların şüşələrini həm daxildən, həm də xaricdən silmək mümkündür

Son dövrlər Bakıda hündürmərtəbəli şüşəli binaların sayı durmadan artır. Belə binaların üzlükləri əksər hallarda alpinistlər tərəfindən təmizlənir ki, bu da onların həyatı üçün böyük risq deməkdir. Təkcə bu il ərzində binaların üzlük şüşələrini təmizləyən bir neçə nəfərin yıxılması halları qeydə alınıb ki, onlardan da bəziləri ölümlə nəticələnib. Ancaq bu kimi risqlərdən sığortalanmaq üçün daha müasir üsulla binaların üzlüklərini təmizləmək mümkündür. Yeni robotlar vasitəsi ilə pəncərələri həm daxildən həm də xaricdən təhlükəsiz şəkildə silmək olur.

Bu robotların satışı ilə məşğul olan Elşən Quliyevin sözlərinə görə, bir neçə texnika vasitəsi ilə istənilən hündürmərtəbəli binanı cəmi bir neçə saata silmək olar. Robotları işə salınarkən elektirikə qoşulmalıdır. Əgər onun elektiriki anidən kəsilərsə, robotun düşüb sınmaması üçün xüsusi kəndr də nəzərdə tutulub. Bu robotların daha böyükləri var ki, onlar vasitəsi ilə daha geniş ərazini təmizləmək mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh