Qaxda 23 yaşlı qızı avtomobil vurub - FOTO

Qaydalar 7 Sentyabr 2017 00:23 Oxunub 2915
Qaxda 23 yaşlı qızı avtomobil vurub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pərvanə Nəzərova cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti kafidir

Qax rayonunda 23 yaşlı qızı avtomobil vurub. Hadisə bu gün axşam saatlarında Qax şəhərində, Molla Vəli Vidadi küçəsində qeydə alınıb. Qax şəhər sakini, 1979-cu il təvəllüdlü Abid Hikmət oğlu Abidov idarə etdiyi 10-GF-070 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1994-cü il təvəllüdlü Pərvanə Abdurəhim qızı Nəzərovanı vurub. Qəza nəticəsində idarəetməni itirən sürücü yoldan çıxaraq avtomobili aşırıb.

Nəticədə piyada və sürücü aldıqları müxtəlif növ bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, sürücünün xəsarətləri yüngül oduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 23 yaşlı Pərvanə Nəzərova isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh