Sürücü hərəkəti maksimum hansı sürətlə davam edə bilər? - DOĞRU CAVAB

Yarışma 7 Sentyabr 2017 08:34 Oxunub 2607
Sürücü hərəkəti maksimum hansı sürətlə davam edə bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual hərəkət sürəti ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişandan sonra yedəyində qoşqu olan minik avtomobilinin sürücüsü hərəkəti maksimum hansı sürətlə davam edə bilər?

a) 70 km/saat;

b) 90 km/saat;

c) 50 km/saat.

Sualın doğru cavabı belədir:  “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin II hissəsinə uyğun olaraq, yedəyində qoşqu aparan minik avtomobilləri yaşayış məntəqələrindən kənarda avtomagistral olmayan yollarda saatda 70 kilometrdən çox olmayan sürətlə hərəkət edə bilərlər. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Bu nişandan sonra yedəyində qoşqu olan minik avtomobilinin sürücüsü hərəkəti maksimum 70 km/saat sürətlə davam edə bilər.

Suala ilk doğru cavabı Polad adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh