Binədə 10 min sakin, 2 təcili yardım avtomobili var

Xəbərlər 7 Sentyabr 2017 15:05 Oxunub 1496
Binədə 10 min sakin, 2 təcili yardım avtomobili var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üç nəfər eyni anda xəstələnsə...

Bakının Binə qəsəbəsinin sakinləri qəsəbə ərazisində təcili yardım avtomobilinin sayının az olmasında şikayətlənir. Bu barədə metbuat.az-a daxil olan müraciətdə bildirilir ki, 10 mindən çox sakinin yaşadığı qəsəbədə cəmi 2 təcili yardım avtomobili fəaliyyət göstərir. Üstəlik, bu avtomobillər təkcə qəsəbə daxilində deyil, ətraf qəsəbələrə də işləyir. Sözügedən problemlə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirir ki, əslində 20 min əhaliyə bir briqada düşməlidir. Bu, qanundur və dünya təcrübəsində qeyd olunub. Binə qəsəbəsində isə 10 min əhaliyə 2 briqada fəaliyyət göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh