Azərbaycan İsraildən avtomatik minaatan alır

Texnologiya 7 Sentyabr 2017 16:49 Oxunub 1380
Azərbaycan İsraildən avtomatik minaatan alır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Spear” idarə olunan minalarla 10 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir”

Azərbaycan İsrail istehsalı olan yeni nəsil avtomatik minaatanlarla maraqlanır. Avtosfer.az xəbər verir ki, bu barədə “AzeriDefence”yə Polşada keçirilən MSPO-2017 sərgisində bildirilib. “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Spear Mk 2” avtomatik minaatanının ilk nümunələri Azərbaycana çatdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin (DSX) istifadəsindəki BTR-70 zirehli maşının üzərində qurulmuş həmin minaatan avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib. Minaatanın “SandCat” zirehli maşını üzərində qurulmuş versiyası isə 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində də nümayiş etdirilib. “Bu minaatanlar tam olaraq avtomatlaşdırılıb. Özünü avtomat doldurma, koordinatları hesablama və yönləndirmə funksiyasına malikdir. “Spear” idarə olunan minalarla 10 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir”, deyə mütəxəssislər bildiriblər. İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh