Bakıda iki məşhur xəstəxananın önü keçilməz oldu

Avtoxəbər 3 Dekabr 2014 11:52 Oxunub 1427
Bakıda iki məşhur xəstəxananın önü keçilməz oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səbəb isə xəstəxanaya gələnlərin parklama tələblərini pozmasıdır

Bakıda Yusif Səfərov küçəsi boyunca, Leyla Şıxlinskayanın Klinikası və Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında tıxac yaranıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, həmin ərazidə bir saata yaxındır tıxac yaranıb, buna səbəb isə xəstəxanaya gələnlərin parklama tələblərini pozmasıdır. Hazırda yol polisi tıxacı aradan qaldırmaq üçün iş aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh