Bakıda başı, qolları və ayaqları kəsilən şəxs budur - FOTO
Gündəm 7 Sentyabr 2017 23:47 10155 dəfə oxunub
Bakıda başı, qolları və ayaqları kəsilən şəxs budur - FOTO
Prokurorluq başı kəsilmiş meyitin fotosunu yayıb

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Suraxanı rayonunda hissələrə bölünmüş şəxsin kimiliyini müəyyən etmək üçün ictimaiyyətə müraciət edib. Avtosfer.az-ın verdiyi xəbərə görə, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  Meyitin baş hissəsinin fotoşəkli təqdim edilməklə həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur. 

Qeyd  edək ki, meyitin başı, qollar və ayaqları bədəndən kəsilərək ayrılıb. Qətlə yetirilən şəxsin baş nahiyəsi bir neçə gün sonra tapılıb.

 

Fərid

ŞƏRH YAZ
Ad
E-mail
Şərh