Maşın bazarında SON DURUM - Qiymətlər ucuzlaşa bilər

Avtobazar 8 Sentyabr 2017 00:31 Oxunub 3314
Maşın bazarında SON DURUM - Qiymətlər ucuzlaşa bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda bazarda maşın satanların çoxu alverçilərdir

Avqust ayı ərzində həm ənənəvi maşın bazarında, həm də "online" maşın satışında aktivlik aşağı səviyyədə olub. Bunu daşınmaz əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. Onun sözlərinə görə, avqustun sonlarında isə aktivlik, demək olar ki, sıfıra bərabər olub. Onun sözlərinə görə, alıcılıq aşağı olsa da, qiymətlər demək olar ki, stabil qalıb. V.Hüseynov bildirib ki, qiymətlərin sabit qalmasının səbəbi bazar iştirakçılarının əsasən alverçilərdən ibarət olması ilə bağlıdır: "Hazırda bazarda maşın satanların çoxu alverçilərdir. Onlar üçün də avtomobili ucuz qiymətə satmaq əlverişli deyi. Ona görə də qiymətlərdə ciddi ucuzlaşma müşahidə edilməyib".

Ekspertin sözlərinə görə, sentyabrın 15-dən sonra maşın bazarında müəyyən canlanma gözlənilir, ancaq bir şərtlə ki, qiymət enməsi müşahidə olunsun: "Ənənəvi bazarda üstünlük alverçilərin əlindədir və ona görə də ucuzlaşma ehtimalı azdır, ancaq "online" maşın bazarında insanlar özləri avtomobillərini satışa çıxardıqlarına görə müəyyən qiymət azalması müşahidə olunacaq. Bu da öz növbəsində ənənəvi avtomobil bazarına da təsir edəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh