37 saata Marsa çatmaq mümkün olacaq - YENİ KƏŞF

Texnologiya 8 Sentyabr 2017 19:23 Oxunub 1493
37 saata Marsa çatmaq mümkün olacaq - YENİ KƏŞF
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Günəş Ekspressi" sistemi bu sahədəki sürət və zaman mərhələlərini aradan qaldıracaq

Kanadalı mühəndis Çarlz Bombardier Günəş sistemindəki planetlər arasında insan və əşya nəqliyyatını təmin edəcək sürət qatarı icad edəcəyini deyib.

Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, mütəxəssis "Günəş Ekspressi" adlandırdığı layihəsi haqqında "Daily Mail"-a açıqlama verib. O bildirib ki, sözügedən sürət qatarı ("kosmos qatarı") saniyədə 3 min kilometr sürətlə hərəkət edərək Aya 2 dəqiqədə çata biləcək.

Marsa 37 saata çatacaq "kosmos qatarı" ən uzaq planet olan Neptuna isə 18 günə çata biləcək.

Bombardier kosmos səfərinin ən çox xərc tələb edən sahələrdən olduğunu dilə gətirərək bildirib ki, bu gün NASA-nın texnologiyası ilə Marsa səyahət etmək üçün nə az, nə çox 260 gün vaxt lazımdır.

 

Lakin, "Günəş Ekspressi" sistemi bu sahədəki sürət və zaman mərhələlərini aradan qaldıracaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh