Bakıda DYP gücləndirilmiş rejimə keçdi

Gündəm 3 May 2014 03:53 Oxunub 1583
Bakıda DYP gücləndirilmiş rejimə keçdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Nazir tapşırıq verib ki, kimliyindən asılı olmayaraq, dərhal tədbir görək»

Bakıda polis gücləndirilmiş iş rejimində çalışır. “Axar.az” əməkdaşının müşahidələrinə görə, gecə saatlarında yol polisi əməkdaşlarının fəallığı və patrulu gücləndirdiyi hər addımda hiss olunur. Növbədə olan yol polislərindən birinin verdiyi məlumata görə, Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib və həmin iclasda nazir Ramil Usubov qəti tapşırıqlar verib: “Nazirin sərxoş sürücülərə və avtoşlara heç bir halda güzəşt edilməməsi barədə ciddi göstərişi var. Sərxoşluq və sürət həddinin artırılması, avtoşluğun dərhal və qəti şəkildə cəzalandırması barədə göstəriş almışıq”, - deyə polis əməkdaşı bildirib. Sərxoş sürücünün və ya avtoşun dərhal həbsi, sürücülük hüququndan məhrum edilməsi birmənalıdır: “Tapşırıq verilib ki, kimliyindən asılı olmayaraq, dərhal tədbir görək”.

 

Saytın əməkdaşı yol polisinin sürət həddini azacıq da olsa qaldıran sürücülərin arxasınca dərhal hərəkətə keçdiyi, sərxoşluğu şübhə doğuran sürücünün isə dərhal saxlanıldığını müşahidə edib. Polis bəzən saxladığı sürücünün sənədini də yoxlamır, sadəcə, sərxoş olub-olmadığını müəyyənləşdirərək, ona uyğun addımlar atır. Maraqlıdır ki, jurnalist yol polislərinin bir yerdə dayanmadığı və saxladığı sürücü ilə ənənəvi olaraq uzun-uzadı danışmadığı, müzakirə açmadığını və çox vaxt itirmədiyini də müşahidə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh