“Azpetrol”un maşını görün nələr edir - Təhlükə - VİDEO

Avtoreyd 9 Sentyabr 2017 02:05 Oxunub 10957
“Azpetrol”un maşını görün nələr edir - Təhlükə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə avtomobilin qəza törətməsi ağır faciəyə səbəb ola bilər

"Azpetrol" yanacaq doldurma məntəqələrinə yanacaq daşıyan yük avtomobilinin sürücüsü Bakıda təhlükəli hərəkət edərkən Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, sentyabrın 7-də A.M.Şərifzadə küçəsində (İctimai televiziyanın qarşısında) hərəkət edən "Azpetrol" şirkətinə məxsus, 99-JX-736 qeydiyyat nişanlı “MAN” markalı yanacaq daşıyan yük avtomobilinin sürücüsü svetoforun qırmızı işığında sağ zolaqdan bir başa geriyə dönərək hərəkət edib.

Bu cür təhlükəli yük daşıyan sürücülər yol hərəkəti qaydalarına xüsusilə diqqət edərək yolda intizamlı olmalıdır. Çünki onların qayda pozaraq qəza törətməsi ağır faciəyə səbəb ola bilər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh