Sürücülük vəsiqəsi yoxdur; qulağında isə “nauşnik” - Motosiklet sürür - VİDEO

Avtoreyd 9 Sentyabr 2017 21:48 Oxunub 2568
Sürücülük vəsiqəsi yoxdur; qulağında isə “nauşnik” - Motosiklet sürür  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yollarda təhlükəli hərəkətlər edənlər təkcə avtomobil sürücüləri deyil

Azərbaycanda sürücülük hüququ olmadan sükan arxasına əyləşən, yollarda təhlükəli hərəkətlər edənlər təkcə avtomobil sürücüləri deyil. Onların arasında motosiklet sürücüləri də var. Avtosfer.az saytının əməkdaşı Yasamal rayonu Əsəd Əhmədov küçəsində öz avtomobili ilə geriyə dönən zaman yolun kənarında dayanan motosikletlə trayektoriyası kəsişib. Qulağına qulaqcıq taxib güzgüyə baxmadan arxaya hərəkət etməyə başlayan 02-A-032 qeydiyyat nişanlı motosikletin sürücüsü az qala bizim əməkdaşımızın avtomobilinə dəyəcəkdi. Əməkdaşımız qəzanın qarşısını almaq məqsədiylə həm avtomobili arxaya verib, həm də səs siqnalından istifadə edərək sürücünün diqqətini cəlb edib.

Motosikletin sürücüsü başındakı dəbilqəni çıxardıqdan sonra məlum olub ki, onun həm yaşı azdır, həm də sürücülük vəsiqəsi yoxdur. Əməkdaşımız irad bildirdikdən sonra motosikletin sürücüsü buna əhəmiyyət verməyərək öz yoluna davam edib.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh