Dərman firmasının işçiləri ağır qəzaya düşdü - FOTOLAR

Avtoxəbər 9 Sentyabr 2017 14:48 Oxunub 5477
Dərman firmasının işçiləri ağır qəzaya düşdü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tovuzda baş verən ağır yol qəzasında yaralananların kimliyi məlum olub

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Tovuz şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Hərəkətdə olan 60-BN-016 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin aşaması nəticəsində 5 nəfər ağır yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti ağırdır.

Tovuzda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunlar 1987-ci il təvəllüdlü Qasımov Bağban İlham oğlu, 1981-ci ildə anadan olmuş Məsimov Bəhman Mansir oğlu, 1982-ci il təvəllüdlü Həsənli Vuqar Fərzəli oğlu, 1978-ci ildə anadan olmuş İbadov Asif Əmir oğlu və 1987-ci il təvəllüdlü Məsimov Sədi Mansır oğludur. Qəzaya uğrayan avtomobildə olan şəxslərin dərman firmasının işçiləri olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh