Azərbaycanda ilk dəfə möhtəşəm “BMW” festivalı keçiriləcək – 10 sentyabr - VİDEO

Avtoxəbər 9 Sentyabr 2017 12:34 Oxunub 3918
Azərbaycanda ilk dəfə möhtəşəm “BMW” festivalı keçiriləcək – 10 sentyabr - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Festival Bakı Olimpia Stadionunda baş tutacaq

Sentyabrın 10-da “BMW club Azerbaijan” və “Çıraq Studionun” təşkilatçılığı, “HED Academy”nin dəstəyi ilə Azərbaycanda ilk dəfə “BMW” festivalı keçiriləcək. Festivalda 500-dən çox “BMW” markalı avtomobilin iştirakı gözlənilir. Əsas məqsəd avtomobil sevərləri bir araya gətirib böyük bir sərgi keçirməkdir. Festival Bakı Olimpia Stadinonunda keçiriləcək. Festivalın proqramna saat 13:00-da Heydər Əliyev Mərkəzinin qarşısından başlanacaq avtoyürüşlə start veriləcək.

Bakı Olimpiya Stadionuna aid olan qapalı ərazidə drift, drag və digər avto-idman növlərindən ibarət şou proqram, ilin “Miss BMW”-si, “Ən gözəl avtomobil” və s. müsabiqələr keçiriləcək. Həmçinin, sürüşün olacağı, atəşfəşanlıq və şou proqram planlaşdırılır.

Festivalda Gürcüstan, Rusiya və Ukrayna kimi ölkələrdən qonaqların yer alacağı və 3000-dən çox insanın iştirakı nəzərdə tutulur.

 

Mirmahmud

ŞƏRH YAZ
Ad

E-mail

Şərh