Gəncədə qadın faciəvi şəkildə öldü

Avtoxəbər 3 Dekabr 2014 10:06 Oxunub 1349
Gəncədə qadın faciəvi şəkildə öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil yoldan keçən orta yaşlı qadını vurub

Bu gün səhər saatlarında Gəncədə piyada dəhşətli şəkildə həlak olub. Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Tağı Arani küçəsində, "İmperial" şadlıq evinin yaxınlığında qeydə alınıb. Hadisəni “VAZ 2106” markalı avtomobil törədib. Avtomobil yoldan keçən orta yaşlı qadını vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə yerində ölən qadının kimliyini müəyyən etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh