Aviamodellərin uçuş şousu və sərgisi keçirildi - FOTO

Texnologiya 10 Sentyabr 2017 15:00 Oxunub 1917
Aviamodellərin uçuş şousu və sərgisi keçirildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
21 aviamodel sərgidə nümayiş etdirilib

Sentyabrın 9-da Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin ilk uçuş şousu və sərgisi keçirilib. Tədbir Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Şou-sərgidə bir sıra beynəlxalq yarışlarda və festivallarda nümayiş etdirilmiş 30-dan çox aviamodel olub. 21 aviamodel sərgidə nümayiş etdirilib. 10 kodlu və radioidarəolunan tipli aviamodel isə Mərkəzin parkında səma üzərində müxtəlif manevrlər edərək şou göstərib. Tamaşaçılara uçuşların trayektoriyası və hər bir model haqqında məlumat verilib. İzləyicilər hər bir çıxışı maraq və alqışlarla qarşılayıblar. Eyni zamanda peşəkar pilot, konstruktor və Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyəti maraqlananlar üçün aviamodellərin layihələndirilməsi, hazırlanması və idarə edilməsi qaydaları barədə praktiki təlim keçib. Tədbirin məqsədi uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, eləcə də pilotsuz uçuş aparatlarının praktiki layihələndirməsi, hazırlanması və istismarı vərdişlərini aşılamaq olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh