500-dən çox “BMW”-nin olduğu festivaldan - FOTOLAR

Yarışma 10 Sentyabr 2017 15:54 Oxunub 6077
500-dən çox “BMW”-nin olduğu festivaldan - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avto-idman növlərindən ibarət şou proqram göstərildi

Sentyabrın 10-da “BMW club Azerbaijan” və “Çıraq Studionun” təşkilatçılığı, “HED Academy”nin dəstəyi ilə Azərbaycanda ilk dəfə “BMW” festivalı keçirilir. Avtosfer.az xəbər verir ki, festivalın açılış mərasimi keçirilib. Tədbirdə çıxı edən BMW Klubun prezidenti Bəxtiyar Əliyev deyib ki, bu tədbir ilk dəfədir ki, Azərbaycanda keçirilir.  Festivalda 500-dən çox “BMW” markalı avtomobil iştirak edir.  Hər kəsə xoş istirahət arzu edirəm. Daha sonra çıxış edən Çıraq studionun direktoru İsmayıl İsmayılov bildirdi ki, Azərbaycan hələ belə bir tədbirə ev sahibliyi etməmişdi. Tədbirdə yerli qonaqlarla yanaşı xarici qonaqlar da iştirak  edir. Bu da tədbirə marağın daha çox olmasına bir işarədir.İnanıram ki, bu festival davamlı xarakter alacaq. Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı festivalın keçirilməsinə görə təşkilatçı qrupa və Bakı Şəhər Baş Polis İdarəsinə öz minnətdarlığını bildirdi. "Biz də öz növbəmizdə tədbirin media hissəsini öz üzərimizə götürmüşük. Festivalın keçirilməsinə görə sizə hər cür informasiya dəstəyi verməyə hazırıq. Bir daha sizi təbrik edirəm və uğurlar arzulayıram".

Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin inspektoru Vüsal Nağıyev də tədbir iştirakçılarını təbrik etdi. Onlara festivalı təhlükəsizlik şərtlərinə əməl etməklə keçirməyi tövsiyyə etdi.

Daha sonra isə Bakı Olimpiya Stadionuna aid olan qapalı ərazidə drift, drag və digər avto-idman növlərindən ibarət şou proqram göstərildi.

 

Mirmahmud

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh