Daha bir polisin VİDEOsu yayıldı
Yol polisi 11 Sentyabr 2017 02:20 5999 dəfə oxunub
Daha bir polisin VİDEOsu yayıldı
Polisin nümunəvi əməli vətəndaşlar tərəfindən müsbət qarşılanıb

Bakıda daha bir polisin nümunəvi əməli vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Avtosfer.az xəbər verir ki, Nobel prospektində yolun hərəkət hissəsini keçmək istəyən yaşlı qadına həmin ərazidə xidmət aparan polis əməkdaşı kömək edib. Polis qadının qolundan tutaraq onu təhlükəsiz şəkildə yolun o biri hissəsinə keçirib. Yaşlı qadın keçiddən keçə bilmədiyini, yaşına görə qalxıb-düşə bilmədiyini deyərək yolun hərəkət hissəsindən keçməyə çalışıb. Bunu görən polis ona kömək edərək təhlükəsiz şəkildə əks tərəfə keçirib.

Nümunəvi polisin görüntülərini sürücü Qorxmaz Mustafayev Avtosfer.az-a göndərib. Həmin görüntüləri təqdim edirik:

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh