Azərbaycanlı milyarder Marmarisdə - FOTO

Texnologiya 11 Sentyabr 2017 11:29 Oxunub 1602
Azərbaycanlı milyarder Marmarisdə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, istirahətə milyonluq lüks yaxtası ilə gedib

Dünyanın ən varlı adamlarından biri, əslən azərbaycanlı olan milyarder lüks yaxtası ilə yenidən gündəmə gəlib. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, bu dəfə o gülləkeçirməz "Luna"nda Marmarisdə görüntülənib. "Northgas" icracı direktoru olan milyarder 62 yaşlı Fərhad Əhmədov yaxtasını Hisarönü körfəzində dayandırıb. Mühafizəçilər isə qayıqlarla yaxtanın ətrafında daima gəzərək ona yaxınlaşmağa heç kimə imkan vermirlər.

F.Əhmədov həyat yoldaşı Tatyana, 3 övladı və yaxın dostları ilə yay istirahətinə öz yaxtasında Yunanıstanın adalarından başlamışdı. Bir müddət öncə o Bodrumda olub, ötən gün isə Marmarisə keçid edib. Onun burada nə qədər qalacağı isə bilinmir.

"Luna" helikopter meydançası, mini sualtı qayığı, 6 sürətli qayığı, qapalı və açıq 2 hovuzu, gülləkeçirməz, polad gövdəsi ilə heyran edir.

 

Xatırladaq ki, bir neçə ay öncə Britaniyada azərbaycanlı milyarderlərdən birinin boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə məlumat yayılmışdı. Milyarderin adı açıqlanmasa da onun F.Əhmədov olduğu iddia edilirdi. Məhkəmənin qərarına görə, Rusiya oliqarxı keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir. Bu, boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olmalı idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh