Maşınla vurulan ata və qızı daha sonra bıçaqlanaraq öldürüldü - Abşeronda
Gündəm 11 Sentyabr 2017 12:30 6777 dəfə oxunub
Maşınla vurulan ata və qızı daha sonra bıçaqlanaraq öldürüldü - Abşeronda
Hadisə münaqişə zəmnində törədilib

Abşeronda avtomobillə vurulan ata və qızı daha sonra bıçaqlanaraq öldürülüb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, sentyabrın 9-da saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Allahverdi Əsədova məxsus “VAZ-2107” markalı avtomobilə vurub, sonra hadisə yerinin yaxınlığında olan A.Əsədova, qızı Samirəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə A.Əsədov və qızı hadisə yerində ölüblər.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Abşeron RPİ və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sahib Hacıyev Müşfiq qəsəbəsi ərazisində tutulub.

 

Elmin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh