Bakı Nəqliyyat Agentliyi daha bir yeniliyə imza atdı – Hər kəs üçün

Yeniliklər 11 Sentyabr 2017 12:41 Oxunub 1427
Bakı Nəqliyyat Agentliyi daha bir yeniliyə imza atdı – Hər kəs  üçün
WhatsApp kanalımıza abunə ola bilərsiniz
141 Çağrı Mərkəzinin fəaliyyəti ən son texnoloji yeniliklər nəzərə alınmaqla yenidən qurulur

Bakı Nəqliyyat Agentliyi nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin səmərəliliyini daha da artırmaq məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə edir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, vətəndaşlardan daxil olan müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Agentliyin 141 Çağrı Mərkəzinin fəaliyyəti ən son texnoloji yeniliklər nəzərə alınmaqla yenidən qurulur. Alo141.az internet portalı da bu çərçivədə reallaşdırılan mühüm işlərdən biridir. 

ALO141.az multifunksional bir portal olaraq, istifadəçilərə Bakı şəhərinin ictimai nəqliyyatından istifadə, eyni zamanda, digər əhəmiyyətli məlumatları təqdim edir. Sayt 3 dildə - azərbaycan, rus və ingilis dillərində istifadəyə verilir. Əsas menyuda siz, BNA-nın ALO141 Çağrı Mərkəzi haqqında ümumi məlumatla, paytaxtın ictimai nəqliyyat sistemində ən son xəbərlərlə və ən çox soruşulan sualların cavabları ilə tanış ola bilərsiniz.

Hal-hazırda portalda 6 əsas bölmə işlənib hazırlanmışdır. Gələcəkdə istifadəçilərin də fikirləri və təklifləri nəzərə alınmaqla, digər faydalı bölmələrin də istifadəyə verilməsi nəzərdə tutulur.

İlk bölmə, ŞİKAYƏT VƏ TƏKLİFLƏR bölməsidir: "Bildiyiniz kimi, vətəndaşlar BNA-nə bna.az rəsmi internet səhifəsindən birbaşa və ya elektron poçt ünvanımıza məktub göndərməklə, eyni zamanda facebook sosial şəbəkəsində BNA-nın rəsmi səhifəsinin ismarıc bölməsi və şərhlər vasitəsilə müraciət edə bilirlər. Bundan əlavə, ALO141 Çağrı Mərkəzinə telefon vasitəsilə olan müraciətlərlə yanaşı, portalda məhz "Şikayət və təkliflər" bölməsi ilə istifadəçilər BNA-nə rəsmi müraciət edə biləcəklər. Bu bölmədə ictimai nəqliyyat ilə bağlı hər növ təklif və ya şikayətləri həftənin 7 günü 24 saat olmaqla ad, soyad, telefon nömrəsi və müraciətin aid olduğu kateqoriyanı seçməklə ünvanlaya bilərlər.

İkinci bölmə, NECƏ GETMƏLİ? (GEDİŞ PLANI) adlanır. Bu bölmədə, istifadəçilərə səfərlərini əvvəlcədən planlaşdırmaq üçün iki sadə üsul təqdim edilir:

1. Hal-hazırda olduğu ünvanı və gedəcəyi ünvanı qeyd etməklə;

2. A və B nöqtələrini "maus"un sol düyməsi ilə hal-hazırda olduğu və gedəcəyi ünvanın üzərinə daşıyaraq.

Burada, hansı məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.

Üçüncü bölmə, TAKSİ bölməsidir. Bu bölmədə, hazırda Bakı şəhərində sifarişli taksi xidməti ilə məşğul olan şirkətlər barədə məlumat almaq mümkündür.

Növbəti - dördüncü bölmə AVTOBUSLAR bölməsidir ki, burada, istənilən marşrutun nömrəsini seçməklə, xəritədə həmin marşrutun getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar. Bütün bölmələrdə olduğu kimi, burada da xəritə və peykdən görünüş mümkündür.

Beşinci bölmə NƏQLİYYAT MÜBADİLƏ MƏRKƏZLƏRİ - HABlarla bağlıdır. Bu bölmədə hal-hazırda fəaliyyət göstərən HABlar barədə məlumat, həmin HABlara daxil olan və çıxan marşrutların siyahısı və son dayanacağı haqqında məlumat almaq mümkündür. Eyni zamanda, HABda olan marşrutun üzərinə klikləməklə, "Avtobuslar" bölməsinə keçid etmək olar.

Və sonuncu bölmə, YOLLARDA VƏZİYYƏT bölməsidir. Bu bölmədə paytaxt yollarındakı tıxaclar barədə məlumat əldə etmək mümkündür. Bölmənin metrikası Google üzərində yığılıb".

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh