Bu avtobuslarda sizi izləyirlər - DİQQƏT!

Qaydalar 11 Sentyabr 2017 14:59 Oxunub 1492
Bu avtobuslarda sizi izləyirlər - DİQQƏT!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Müşahidə kame­ralarını izləyir və məsələnin həllini ta­pmağa çalışırıq"

Məlumdur ki, son zamanlar Sumqayıt şəhərinə yeni, böyük ölçülü, rahat və ka­meralarla təchiz olu­nmuş marşrut avtobusları gətirilir. Bunl­ara 2, 5, 7 və s. ki­mi avtobusları misal göstərmək olar. Bəs görəsən, avtobuslar­dakı müşahidə kamera­larına aidiyyəti orq­anlar tərəfindən müt­əmadi şəkildə nəzarət olunurmu? Suala cavab tapmaq üçün xeberle.com Sumqayıt şəhər Nəqliy­yat Departamentinin rəisi Seyfulla Əsədu­llayev ilə əlaqə sax­layıb. Onun sözlərinə görə, kameralar da­im işləyir, lakin on­lar yalnız departam­entə şikayət daxil olduğu zaman qurum tə­rəfindən izlənilir: "Əgər oğurluq, mübah­isə və s. kimi halla­rla bağlı bizə şikay­ət olunursa, həmin gün biz müşahidə kame­ralarını izləyir və məsələnin həllini ta­pmağa çalışırıq. Oğ­urluqla bağlı müraci­ət olunduğu zaman avtobusun nömrəsi sərn­işinin yadında qalıb­sa, oğurluq edən şəx­si tapmaq bizim üçün daha asan olur. Belə olduqda məsələni dərhal həll edir və oğurlanmış əşyanı sah­ibinə çatdırırıq.

Mə­sələn, bu yaxınlarda bir xanımın çantası­nı oğurlamışdılar. Kameralar vasitəsilə oğrunu tapdıq və çan­tanı sahibinə qaytar­dıq. Bu gün isə 3 nö­mrəli marşrut avtobusunun sərnişini sürü­cü ilə bağlı bizə şi­kayət edib. Hər ikis­ini yanıma çağırdım, məsələni aydınlaşdı­rdım, sürücüyə 3 gün vaxt verdim ki, işi­nin icrasını qaydası­na qoysun və avtobusun idar­əsinin əlindən alına­cağı barədə xəbərdar­lıq etdim”.

Qeyd edək ki, son zamanlar sərnişin-­sürücü mübahisələri ilə bağlı videogörün­tülər sosial şəbəkəl­ərdə də yayımlanaraq günümüzün ən aktual məsələlərindən biri­nə çevrilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh