Çin benzinlə işləyən avtomobil satışını qadağan edəcək
Avtoxəbər 11 Sentyabr 2017 18:44 154 dəfə oxunub
Çin benzinlə işləyən avtomobil satışını qadağan edəcək
Çin hökuməti prosesin sona çatdırılması üçün tarixi müəyyən etmə mərhələsindədir

Çin benzinlə işləyən avtomobil satışını qadağan edəcək. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Çin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin deyib. O bildirib ki, Çin hökuməti benzinlə işləyən nəqliyyat vasitələrinin satışının dayandırılması ilə bağlı prosesin sona çatdırılması üçün tarixi müəyyən etmə mərhələsindədir. Bunun nəticəsində Çindəki avtomobil sənayesinin böyüməsi və ətraf mühitə mənfi təsirlərin azalması məqsədi güdülür. Dünyanın ən böyük avtomobil bazarı olan Çin şirkətlərin elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalı sahəsinin inkişaf etdirilməsi ilə bağlı səylərini artırmağı hədəfləyir. Çinli rəsmilər benzinlə işləyən nəqliyyat vasitələrinin ölkədə istifadəsini qadağan etməyi planlaşdırırlar.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh